Bakıda budo döyüş növləri üzrə beynəlxalq turnir keçirilib. QAYNARXETT.NET xəbər verir ki, turnirdə Azərbaycan ilə yanaşı, Pakistan, İraq, Tacikistan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistandan 300-dək idmançı medallar uğrunda mübarizə aparıb. Yeniyetmə, gənc və böyüklər arasında “fri kontakt”, “full kontakt” və “submission” qaydaları üzrə təşkil olunacaq turnirdə birinci yerə Sumqayıt komandası (Hacıyev Elşad 75kq, Salahov Nəsib 26kq, Məsdiyev Siab 70 kq, Şirinov Vüqar 65 kq və Abdullayev Əfqan 65 kq) çıxaraq qızıl medal qazanıb.