YAP Bərdə rayon təşkilatı ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Yaşıl Dünya Həmrəyliyi ili” çərçivəsində gül və agacəkmə aksiyası həyata keçirmişdir. Aksiya zamanı ərazi qurumuş ağaclardan təmizlənmis, yerinə gül və ağac tinkləri əkilmişdir.

Aksiyada YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya başda olmaqla Aparatın əməkdaşları və Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecindən olan gənc YAP üzvləri fəal iştirak etmişlər.