Bərdə RPŞ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində BƏRDƏ şəhəri, Alaçadırlı kəndində yaşayan Süleymanov Elman Çərkəz oğlu
saxlanılmış, həmin şəxsin üzərinə baxış zamanı 2 sellofan bükümdə narkotik vasitə olan heroin və 1 kağız bükümdə metamfetamin
aşkar olunmuşdur. Həmin şəxsin əlaqəsində olan və narkotik vasitənin mənbəyinin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində Bərdə RPŞ araşdırma aparılır.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir.