Bərdə RPŞ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Bakı küçəsində yaşayan Atakişiyev Vüsal Rabil oğlu və Şirinov Böyükkişi Çingiz oğlu
saxlanılmışlar, V.Atakişiyevin üzərinə baxış zamanı 3 bükümdə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Şirinov Böyükkişi Çingiz oğlunun üzərinə və yaşadığı evə baxış zamanı isə 3 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunmuşdur.B.Şirinov aşkar olunmuş narkotik vasitəni Bakı şəhərində onlayn yolla tanış olduğu İran İslam Respublikası vətəndaşı olan Ümid adlı şəxsin vasitəsilə əldə etdiyini və ətraf rayonlara narkokuryerlik etməli olduğunu bildirmişdir.Həmin şəxsin əlaqəsində olan şəxslərin müəyyən olunması istiqamətində Bərdə RPŞ araşdırma aparılır.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir.