Mehdiyeva Kövsər İmran qızı 1935- ci ildə Vedi rayonunun Zimi kəndində anadan olmuşdur. 1951- ci ildə ermənilər tərəfindən öz doğma yurd yerlərindən deportasiya olunan digər soydaşlarımız kimi o da öz ailəsi ilə birgə Bərdə rayonunun Otuzikilər kəndində məskunlaşmışdır. İbtidai təhsilini Qərbi Azərbaycanda doğulduğu Zimi Kəndində almış, 1941-ci ildə hələ kiçik yaşlarından əmək fəaliyyətinə başlamışdır.1952- ci ildən Bərdə rayon Kirov adına kolxozda işlədiyi ilk günlərdən əməksevərliyi ilə hamıdan fərqlənib.Kolxozda işlədiyi 2- ci il manqa başçısı təyin olunub. 12 ha yeri 6 nəfər qızla becərib, məhsulunu yığmalı idi. Yığım zamanı yüksək nəticə göstərərək, gün ərzində 120-130kq pambıq yığır. Bu onun ilk yüksək göstəricisi, rekord nəticə idi.1954- cü ildə başçılıq etdiyi manqa çox pambıq yığdığı üçün Bərdə rayonunda n ilk dəfə olaraq Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin iştirakçısı təsdiq edildi.
1959- cu ildə keçirilən Kənd Təsərrüfatı qabaqcıllarının müşavirəsində K. Mehdiyeva çıxış edərək Özbəkistanın pambıq ustası,sürücü- mexanizator Tursunoy Axunovanın təcrübəsinə əsaslanaraq ilk fəfə Azərbaycanda maşınla pambıq yığmaq təşəbbüsünü irəli sürmüşdür.
Az.SSR Ali Sovetinin Rəyasət Heyəti mövsüm ərzində 7000 kq- dan artıq pambıq topladığına görə 1957 – ci il 17 dekabr tarixli fərmanı ilə K. Mehdiyevanı Fəxri fərmanla təltif edir.
İkinci dəfə Az. SSR Ali Soveti 1959- cu il 23 mart tarixli qərarı ilə K. Mehdiyevanı Fəxri Fərmanla təltif edir.
K. Mehdiyeva 1960-cı il 23 aprel tarixli fərmanla növbəti dəfə Fəxri fərmanla təltif olunur.
Az. SSR Ali Sovetinin Rəyasət Heyəti 1960- cı il 8 yanvar tarixli fərmanı ilə K. Mehdiyevaya Az. SSR “ Pambıq ustası” fəxri adı verilmişdir.
1960- cı ildə Az. SSR Ali Sovetinin deputatı seçilmişdir.
1961- ci ildə SSRİ-nin xx Qurultayının iştirakçısı olmuşdur.
Az. KP- nın xxv Qurultayının nümayəndəsi olmuşdur.
1961-ci ildə Az. KP nın büro üzvü seçilmişdir.
SSRİ Kommunist Partiyasının xxıı qurultayının nümayəndəsi olmuşdur.
“Əmək veteranı” və “ Qələbənin 40 illiyi” medalına layiq görülmüşdür.
Şan- şöhrətinə kitablar yazılan, mahnılar bəstələnən Kövsərə çevrilir. “ Niyyəti hara, mənzili ora” adlı kitabda onun şərəfli və əziyyətli həyat yolundan bəhs olunur.
Sözləri T. Elçin, musiqisi F. Əmirova aid olan “ Kövsər bacım, şöhrət tacım” mahnısı L. İmanovun ifasında dillər əzbəri olmuşdur.
Xalq rəssamı V.
Səmədovanın fırçasının məhsulu olan portret isə Moskvada Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində qızıl fondda saxlanılır.
Həmin dövrün ölkə başçısı,görkəmli incəsənət xadimləri ilə dəfələrlə maraqlı görüşləri olmuşdur.
Partiya və hökumət onun məhsuldar əməyini irili- xırdalı hədiyyələrlə və eləcədə“Moskviç-407” markalı maşınla mükafatlandırmışdır.
K. Mehdiyeva eyni zamanda ləyaqətlivə fədakar ana olmuşdur. Kövsər Ana 25 06 2018-ci ildə haqq dünyasına qovuşdu. Allah rəhmət eləsin.

Övladı Nəcəfova Cəmilə hal-hazırda tarix müəllimidir.Oğlu Nəcəfov Ədalət birinci Qarabağ müharibəsi veteranıdır.Kiçik oğlu Nəcəfov Dilsuz Bərdə şəhər 99 saylı Dairə Seçki Komissiyasının sədri vəzifəsində fəaliyyət göstərir.
Kövsər nənənin ən sevimli nəvəsi Gülnar nənəsinin yüksək göstəricilərini elm sahəsində yeniləyir. Hal- hazırda Niderland Krallığının qabaqcıl universitetlərindən olan Eindhoven Texnologiya Universitetində doktorant pilləsində təhsil alır. Mərkəzi İsveçrənin Cenevrə şəhərində yerləşən Avropa Nüvə Araşdırmaları Mərkəzinin ( CERN) əməkdaşı olan Gülnar Kövsər nənəsinin əzmli, şərəfli yolunun layiqli davamçısıdır.

Qəhrəman Anamız haqqında
yazdıqlarımız hələ bir qisimidir ardı var.

Vaqif Mehemmed Oglu