YAP Bərdə rayon təşkilatı 2016-cı il Aprel döyüşlərinə və Aprel Qələbəsinə həsr edilmiş tədbir keçirmişdir. Əvvəlcə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya başda olmaqla YAP fəalları, şəhid anaları, ailələri və tədbir iştirakçılarından bir qrupu Bərdə şəhərində Aprel şəhidlərinin uyuduğu “Şəhidlər xiyabanı”nı ziyarət etmiş, oraya əklil qoyaraq bütün şəhidlərin əziz xatirəsinə ehtiramılarını bildirmişlər. Sonra Vətən müharibəsi zamanı Ermənistanın atdığı “Smerc” tipli raket nəticəsində həlak olmuş dunc mülki şəhidlərimizin xatirəsinə salınmış guşə ziyarət olunmuş, önünə tər güllər düzülmüşdür.

Tədbirdən öncə iştirakçılara Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektoru, rayon UGİM və Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə sektorunun birgə hazırladığı “Aprel döyüşlərindən başlanan Zəfər tariximiz” adlı rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.

Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suvürünliyimiz uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Aprel döyüşlərindən başlanıb Xankəndi Zəfəri ilə tamamlanan dövrdən bəhs edən videoçarx nümayiş olunmuşdur.

Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Milli Ordu quruculuğunun möhkəmləndirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan böyük Qələbədən, Aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışmış, onun Qarabağla bütövləşmiş Azərbaycanımızın Zəfər dolu döyüş və hərb tarixinin ən mühüm başlanğıcı olduğunu xüsusi qeyd etmişdir. Bildirmişdir ki, Müzəffər Liderimiz cənab İlham Əliyevin dediyi kimi, Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Bu Qələbə igid əsgərlərimizin işğal olunan torpaqlarımızın azad edilməsinə tam hazır olduğunu bir daha sübut etdi. Qeyd etmişdir ki, heç bir müharibə şəhidsiz olmur, heç bir Qələbə şəhidsiz qazanılmır. Ancaq Müzəffər Lider cənab İlham Əliyev Vətən müharibəsində şəhid olma ehtimalını minimuma endirməyi bacardı. Bu 4 günlük Zəfər dolu döyüşlərdə igid oğullarımız şəhid oldular. Aprel şəhidlərinin igidlikləri tarixi qəhrəmanlıqlardır. Onların arasında ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə müxtəlif medallara layiq görülmüş, Silahlı Qüvvələrin zabiti olmuş şəhid Həsənov Ziya Niyazi oğlunun və Silahlı Qüvvələrin giziri olmuş şəhid Musayev Səbuhi Rəfayil oğlunun adı var. Onların qəhrəmanlıqları nümunədir və unuduımazdır.

Tədbirdə çıxış edən şəhid Ziya Həsənovun atası Niyazi Həsənov, oxumuş olduğu şəhər 4 saylı tam orta məktəbin direktoru Tofiqə Məmmədova, şəhid Səbuhi Musayevin oxumuş olduğu Mustafağalı kənd tam orta məktəbdə tarix müəllimi Şövkət İsmayılova, Vətən müharibəsi zamanı göstərdiyi igidlikləri orden və medallara layiq görülmüş, yaralansa da antiterror tədbirləri zamanı döyüşə atılmış və bu zaman şəhid olmuş Mehdizadə Mirpaşanın atası Mehdiyev Yaqub və başqaları çıxış edərək şəhidlərin döyüş və məktəbdəki həyat yolundan danışmış, onların can qoyduğu amal uğrunda bundan sonra da Müzəffər Lider cənab İLham Əliyevin ətrafında daha sıx birləşəcəklərini bildirmişlər.

Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsi şəhər 1 saylı Uşaq İncəsənət məktəbinin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.