Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən bu vəzifəyə Elgün Qocamanov

təyin edilib. O, daha əvvəl Bərdə rayon Yeni Daşkənd kəndi Yasif Kərimov adına tam orta məktəbin direktoru olub.

Qeyd edək ki, bundan öncə 3 nömrəli tam orta məktəbin direktoru Səfurə Hümbətova olub. O, yaşa görə pensiyaya çıxıb.