YAP Bərdə rayon təşkilatı və Qarabağ Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə rayon Uşaq Gənclər İdman Şahmat məktəbində Ulu öndər Heydər Əliyevin anadan olmasının yüz bir illiyinə həsr edilmiş məktəblilər arasında şahmat üzrə Xatirə turniri keçirilmişdir.

Xatirə turniri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmışdır.

Öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilmişdir.

Turniri açıq elan edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya və Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektorunun müdiri Qurban Məmmədov Ulu öndər Heydər Əliyevin zəngin irsinin və xalqımızı xilaskarlıq missiyasının bugün də öz bəhrələrini verdiyindən və onun öyrənilməsinin vacibliyindən, bu irsə hörmətin və inamın məktəbdən, parta arxasından başlanilmasinin əhəmiyyətindən danışaraq turnir iştirakçılarına uğurlar arzulamışlar.

Püşkatma ilə məktəbli qızlar və oğlanlar arasındakı şahmat turniri açıq havada şəffaf şəraitdə keçirilmiş və izlənilmişdir.

Turnir qalibləri təşkilatçılar tərəfindən Diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilmişdir.