YAP Bərdə rayon təşkilatı və Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektorunun birgə təşkilatçılığı ilə dünya şöhrətli alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-çi ildönümü Bərdədə onun adını daşıyan məktəb -liseydə təntənə ilə qeyd olundu.

Tədbir iştirakçıları öncə Akademik Zərifə Əliyevanın məktəb-liseyin həyətində ucaldılmış büstü önünə tər güllər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər. Sonra ad gününə hazırlanmış “Şən startlar” izlənilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə Ulu öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Akademik Zərifə Əliyevanın adını daşıyan məktəb-liseyin direktoru Teymur Mustafayev açmış, böyük alimin həyat və fəaliyyətindən danışmışdır.

Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektorunun müdiri Qurban Məmmədov, rayon İcra hakimiyyətinin məsləhətçisi Səbuhi Qasımov, Bərdə Diaqnostika Mərkəzinin direktoru Yamən Cəfərov, respublikanın Əməkdar müəllimi Püstə Mehdiyeva çıxış edərək böyük alim, gözəl həkim, əsl vətəndaş, gözəl ana, sədaqətli həyat yoldaşı, zərif və sadə insan … Akademik Zərifə Əliyevanın ömür yoluna işıq tutmuş, onun xalqımızın tarixində əbədi var olacağından danışmışlar.

Tədbir bədii hissə ilə yekunlaşmışdır.