Qalib Liderinin rəhbərliyi altında Qalibiyyət və Zəfərlər tarixi yazan xalqımız Ulu öndər Heydər Əliyev ideyalarının bayraqdarı olan Yeni Azərbaycan Partiyası ilə monolit birliyi özünə şərəf və qürur hesab edir. Burada gənclərin, qadınların və ziyalıların say çoxluğu onun əbədi olmasına zəmanət verir. YAP Bərdə rayon təşkilatından YAP-a yeni üzv olanların içərisində ziyalıların sayı çoxluq təşkil edir. Bu da sıralarımızın həm kəmiyyət, həm keyfiyyət baxımından möhkəmliyini artırır. Bugünlərdə Bəcirəvan, Muğanlı, Kələntərli, Qullar, Dəymədağlı kənd ərazi partiya təşkilatlarından yeni üzv olanların bir qrupuna üzvlük vəsiqələri təqdim edilmişdir. Təqdimetmədə rayon təşkilatı Aparatının məsləhətçisi Əlövsət Məmmədov, Bəcirəvan kənd ƏPT sədrinin müavini Vüsal Məcidzadə, Kələntərli kənd ƏPT sədri Azər İsmayılov, Qullar kənd ƏPT sədri Möhübbət Abdullayev, fəalları Könül Kərimova, Günay Musayeva iştirak etmişlər.

Yeni üzvləri bir daha təbrik edir və həyatda, siyasi fəaliyyətlərində uğurlar arzulayırıq!