Bakının Nizami rayonunda bıçaqlanma qeydə alınıb.

QAYNARXETT.NET APA-ya istinadən bildirir ki, hadisə “Laçın” Ticarət Mərkəzinin arxasında baş verib.

Belə ki, iki qonşu dava edərkən 1993-cü il təvəllüdlü Elvin Bədəlli Rüstəm oğlu onların davasının qarşısını almaq istəyib.

Bu zaman o təsadüfən bıçaqlanıb.