Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin təhlükəsizliyinə təhdid yaranarsa, heç bir tərəddüdsüz nüvə silahından istifadə etməyə hazır olduğunu bəyan edib.

“Belarusa qarşı təhdid olarsa, zərrə qədər tərəddüd etmədən nüvə silahından istifadə ediləcək”, – deyə o qeyd edib.

Lukaşenko həmçinin əlavə edib ki, Belarusda nüvə silahının yerləşdirilməsi Rusiyaya edilən müraciət və hətta tələb əsasında olub.

Mənbə: Clubfactov.ru