Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass Rusiyada hakimiyyət dəyişikliyi olacağı təqdirdə plan hazırlanmasına çağırış edib.

O, İcmalar Palatasında çıxışı zamanı belə bir bəyanat səsləndirib.

“Biz və müttəfiqlərimiz, o cümlədən ukraynalılar, polyaklar, Baltikyanı ölkələr Rusiyanın “partlayacağı” təqdirdə planımızdan əmin olmalıyıq”, – deyə Trass bildirib.

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli qeyd edib ki, Rusiya rəhbərliyi rus xalqına məxsusdur. “Biz spekulyasiya etmirik və proqnoz verməyə çalışmırıq, gözlənilməz hallara qarşı planlaşdırma aparır, tədbirlər görürük. Ona görə də bu münaqişənin nəticəsi nə olursa olsun, biz hazır olacağıq”, – deyə o vurğulayıb.

Mənbə: “Sky News”