“Bayramdır, insanlar istirahətə gedir. Rifahları yaxşıdırsa, gedə bilirlər. Mən getməyəcəyəm. Əhvalım yaxşıdır, çəkilişlərdə olacağam. Ümumiyyətlə insan dincəlməlidir. Yaş ötür, həyat gedir, bu gün varıq, sabah yoxuq. O qalan ömrü az pulla da olsa, çoxla da olsa, yaşayaq ki, bu dünyadan doyub gedək. Düzdür həyatdan doymaq olmur, gözəldir, amma ən azı heyifslənməyək”.

ARANTV.AZ axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Səhər mərkəzi” verilişində qonaq olarkən deyib.

İfaçı istirahət üçün müraciət etdiyi məkanlarda yer tapa bilmədiyini vurğulayıb:

“Düz bir ay bundan əvvəl Nabranda bir istirahət mərkəzi var, oraya zəng vurub yer istədim ki, ailəvi gedib dincələk. Dedilər, Nadir bəy, gecikmisiniz, yerlər 5 ay əvvəldən tutulub. Dedim bəs mənə görə. Cavab verdilər ki, sizə görə də olsa, kimi çıxaraq, artıq yerlər dolub. Təssəvvür edin, Şəki, Qəbələ, İsmayıllı, hər yerdə. Bu da o deməkdir ki, xalqın rifahı yaxşıdır. İndi kimdəsə bir az zəifdirsə, o da taleyindən küsməsin. Bu il olmaz, gələn il gedər”.