Cənubi Afrikanın şərqində yüksək patogenli quş qripinin yayılması ilə bağlı iki hal aşkar edilib.

QAYNARXETT.NET report-a istinadən xəbər verir ki, bu barədə “Citizen Digital” portalı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Mpumalanqa əyalətində yeni H7 ştamından 9,5 min ev quşu tələf olub. Əvvəlki H5N1 ştammı 2021-ci ildə dünyada yüz milyonlarla quşun ölümünə səbəb olmuşdu. O zaman Cənubi Afrika ilə yanaşı, yüksək patogenli quş qripinin epidemiyaları Vyetnam, İsveç və Fransada da qeydə alınmışdı.

Virus toyuqları, ördəkləri və qazları yoluxdurur, lakin vəhşi təbiətdə də quş qripinə yoluxma halları qeydə alınır.