Türkiyənin Eskişehir şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində azı 35 nəfər xəsarət alıb.

Məlumata görə, avtobus sərnişinləri Bodrumdan Eskişehirə aparırmış. Təyinat yerindən 15 km aralıda sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq arxa aşıb.

Tezliklə hadisə yerinə polis və tibb işçiləri gəlib. Zərərçəkənlərdən bəzilərinə yerində yardım göstərilib, bəziləri isə Eskişehirdəki xəstəxanalara aparılıblar. Hadisənin başvermə şəraiti və səbəbləri ilə bağlı araşdırma aparılır.

Mənbə: TASS