Türkiyəli məşhur müğənni Petek Dinçöz Azərbaycana gəlir. QAYNARXETT.NET xəbər verir ki, sənətçi bu barədə instaqramda məlumat verib. Dinçözün avqustun 29-da Şamaxıdakı lüks otellərin birində konserti baş tutacaq. O, şəhid övladları üçün sevilən xitlərini səsləndirəcək. Qeyd edək ki, tədbir “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə baş tutacaq.