Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Rüstəm Rüstəmov küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı maşının sürücüsü dairədə hərəkətdə olan zaman nəqliyyat vasitəsini qəfil eyni istiqamətə daxil olan “Nissan” markalı maşına çırpılıb. Zərbənin gücündən “Nissan” yol kənarında quraşdırılan işıq dirəyinə çırpılaraq dayanıb.

Qəza zamanı bir nəfər xəsarət alıb.

Əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər. Sürücülərin izahatları alınıb. Qəzada iştirak etmiş maşınlar cərimə meydançasına yerləşdirilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.