Bərdə RPŞ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Füzuli küçəsində yaşayan Həsənov Şamil Natiq oğlu
saxlanılmış, Ş.Həsənovun üzərinə baxış zamanı külli miqdarda narkotik vasitə olan heroin aşkar olunmuşdur. Digər tədbir zamanı Bərdə şəhəri Füzuli küçəsində yaşayan K.Həsənov saxlanılmış, onun üzərinə baxış zamanı 1 kibrit qutusunda qurudulmuş marixuana və yaşadığı evə baxış zamanı isə 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin şəxsin əlaqəsində olan şəxslərin müəyyən olunması istiqamətində Bərdə RPŞ araşdırma aparılır.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir.