Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Bir udumluğunun qiymətinin bənzəri yox! Qayğısı, sevgisi könüllərə rövnəq, dərdlərə məlhəm! Məhəbbəti kainatı qızdıran günəş! Qaranlığa işıq! Zərifliyi möhkəmliyin, dəyanətin simvolu! YOXLUĞU… YOXLUĞU isə bizi bizdən alan… ürəyimizin ney çırpıntısı… sarı simi… Hər bayram gələndə, hər xoş günümüzdə ürəyimizin ürəyinə, gözlərimizin gözlərinə, əllərimizin əllərinə, bütövlükdə dünyamızın nəfəsinə… darixib yanıb qovrulduqlarımız… Beləcə, təbrik əvəzinə arzulayırıq: Ulu Tanrı məkanınızı əbədi cənnət eləsin!..

Və… anasını təbrik şansı olanlar! Bu günlərin qədrini bilin! Analı dünyanın hər günü bayramdır! Bayramlı günləriniz heç bitməsin, tükənməsin!!!