Ulu öndər Heydər Əliyevin adını daşıyan Sarayda yenə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən möhtəşəm bayram tədbirinin əsrarəngiz gözəlliyi içində ömrümə daha bir günün unudulmazlığı yazıldı.

Yenə Müzəffər xalqımızın Müzəffər lideri, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubunu dinləməyin qürurunu yaşadım.

Və bu sevinci yaşadığıma görə dəvət üçün YAP Mərkəzi Aparatına və təbii ki, tədbirin təşkilatçılarına təşəkkür edirəm!

Biz də orada səsləndirilən təbriklərə qoşularaq başda ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və bütün şəhid anaları olmaqla Azərbaycan qadınlarının bayramını təbrik edirik və ürəkdən deyirik: hər gününüz bayram ovqatlı olsun, əziz qadınlar!