Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının xalqımızın siyasi istinadgahı və ideologiya mənbəyi olaraq amal və məqsədlərinin eyniliyi ilə Qalib Liderinin ətrafında sıx birləşərək böyük Qalibiyyət və Zəfərlər qazanması onu əsl ümumxalq partiyasına çevirmişdir və nəticədə ona üzv olmaq istəyənlərin sayı durmadan artır. Xalqımız Qalib xalqın Qalib Lideri cənab İlham Əliyevin uğurlu siyasətinin dövlətimizi daha qüdrətli və xalqımızın gələcəyini daha parlaq edəcəyinə olan inam və əminliklə siyasi arenanın bayraqdarı olan Yeni Azərbaycan Partiyasının sıralarında olmağı özünün şərəf və qürur işi hesab edir. Buna görə də YAP Bərdə rayon təşkilatından Yeni Azərbaycan Partiyasına üzv olanların sayı daim artaraq yenilənir. Burada gənclərin, qadınların və ziyalıların say çoxluğu onun əbədi olmasına zəmanət verir. Təşkilatın yaradılmasının 31- ci ildönümü münasibətilə YAP-a yeni üzv olanlara üzvlük vəsiqələrini Alpoud, Qarayusifli və Tumaslı məktəblərində təşkilatın sədr müavini Elməddin Əsgərxanov, Aparatın məsləhətçisi Əlövsət Məmmədov və partiya fəalı Elnur Xəlilov təqdim etmişlər.

Yeni üzvlərimizi bir daha ürəkdən təbrik edir və həyatda, siyasi fəaliyyətlərində uğurlar arzulayırıq!