“İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğunda Novruz Bayramının təntənəli şəkildə qeyd olunmasına başlanılıb. İlaxır çərşənbə “Qoşa Qala” Meydanında musiqi və ifaların müşayiəti ilə İçərişəhər ağsaqqalları və sakinləri tərəfindən bayram tonqalı qalanaraq qarşılanıb.