Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə YAP İdarə Heyətinin üzvü Asif Əsgərli “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüşdür.
Azərbaycanda vətəndaş cəmiyyətinin fəallarından olan Asif Əsgərli Ümummilli Lider Heydər Əliyev irsinin təbliğində xüsusi xidmətlərinə və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə bu dövlət mükafatı ilə təltif olunmuşdur.