Bayram münasibətilə YAP Bərdə rayon təşkilatının kollektivi və partiya fəalları Qayalı kəndindən olan Mehdizadə Mirpaşa Yaqub oğlunun və Ərəblər kəndindən Həmidov Şamxal Musa oğlunun ailəsində, onların analarının yanında olmuşlar. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə döyüş qəhrəmanlıqları bir orden və dörd medala layiq görülmüş Mehdizadə Mirpaşa Yaqub oğlunun həm Vətən müharibəsi, həm antiterror tədbirləri zamanı göstərdiyi igidliklər, bir orden və bir medala layiq görülmüş Həmidov Şamxal Musa oğlunun antiterror tədbirləri zamanı göstərdiyi şucaətliklər barədə danışmışlar. Təşkilatın sədri Fəqət Şadlinskaya Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında xalq, ordu birliyinin Qələbəni təmin edən əsas amil olduğundan danışmış, bildirmişdir ki, bu şəhid oğullar hər zaman nəsillərə örnəkdir! Şəhidlər bir ailənin deyil, Vətənin oğullarıdır və o oğulların xatirəsi dövlətimiz tərəfindən daim əziz və uca tutulur. Biz bütün şəhid analarının dözüm və dəyanətinə borcluyuq.

Görüş zamanı şəhid anaları ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısından məmnun olduqlarını bildirmişlər.

YAP Bərdə rayon təşkilatı onların problem və çətinlikləri ilə maraqlanmış, onlara müəyyən maddi və mənəvi dəstək olmağa çalışmışlar.