Bərdə RPŞ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Ə.Ədilov küçəsində yaşayan oğlu Musayev Sübhan Musa oğlu
saxlanılmış, onun üzərinə baxış zamanı 1 kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Digər tədbir zamanı Bərdə Şəhəri Bakı küçəsində yaşayan Zeynalov Rafiq Oktay oğlu saxlanılmış, onun yaşadığı evə baxış zamanı isə 1 kiloqrama yaxın qurudulmuş marixuana və elektron tərəzi aşkar olunmuşdur. Həmin şəxsin əlaqəsində olan şəxslərin müəyyən olunması istiqamətində Bərdə RPŞ araşdırma aparılır.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir.